Milli Qurtuluş Günü Beyləqan rayonunda təntənəli şəkildə qeyd edilib.
15 İyun – Milli Qurtuluş Günü respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsində də təntənəli şəkildə qeyd edilir.
Beyləqan rayon ictimaiyyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək 23 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırladıb, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar. Bildirib ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş yaranıb, əmin-amanlıq və siyasi sabitlik bərqərar olub.
Cənab Vaqif Abdullayev vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.