Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyun 2016-cı il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği ilə bağlı tədbir keçirilmişdir.

14 iyun 2016 | 16:00

Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdulayev,  Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul işçisi cənab Qafar Əliyev,hüquq mühafizə orqanlarının rəhbərləri,gənclər, ictimaiyyətin nümayəndələri və mətbuat işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliğinin əhəmiyyətindən bəhs etdi.
Prezident Administrasiyasının məsul işçisi cənab Qafar Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq vətəndaşların dövlət bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan idarə, müəssisə və təşkilatlara və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
Tədbirdə çıxış edənlər bu lahiyənin əhəmiyyətindən danışaraq onun ictimaiyyət üçün zəruri olduğunu vurğuladılar.

Keçidlər