Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib.

16 iyun 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 16-da Beyləqanda Rayon Kənd Təsərrüfatı İdarəsinin yeni inzibati binasında Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən kənd təsərrüfatı texnikası ilə təminat, ixtisasa uyğun işlə təmin olunma, dərman pereparatlarından istifadə, mübahisəli torpaq məsələləri və sairlə bağlı müraciətlər ediblər.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər