19 avqust 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti vətəndaş qəbulu keçirib
19 avqust 2026 | 16:48
Avqustun 19-da Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qəbul prosesi növbəlilik prinsipi əsasında aparılıb, şəhid ailələri və həssas kateqoriyadan olan vətəndaşlar növbədən kənar qəbul ediliblər. Hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan problemlərə operativ şəkildə yanaşılaraq müvafiq izahatlar verilib. Həlli mümkün olan məsələlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb, digər müraciətlərlə bağlı isə vətəndaşlara aidiyyəti dövlət qurumlarına müraciət etmələri tövsiyə olunub.
Qəbulda iştirak edən rayon sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.







