19 sentyabr 2023-cü il tarixdə “Əsrin müqaviləsi” tarixi zəfərə gedən yolun başlanğıcıdır”mövzusunda tədbir keçirilib.
19 sentyabr 2023 | 19:28
19 sentyabr 2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində “Əsrin müqaviləsi” tarixi zəfərə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunub, sonra isə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin neft strategiyasına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev çıxış edərək Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldığını, bu müqavilənin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olduğunu bildirmişdir.
Tədbirdə Tərtər Regional Qaz İstismar İdarəsinin Beyləqan Xidmət Sahəsinin rəisi Tahir Abdullayev, Qaralılar kənd tam orta məktəbin tarix müəllimi Vüsal Ramizov, N.Allahverdiyev adına şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Muradova, həmin məktəbin şagirdləri Mətanət Məmmədova və Nərminə Əsədli çıxış edərək bildirdilər ki, "Əsrin müqaviləsi"nin imzalanması, onun gerçəkləşməsi və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsi ölkəmizin hazırki mütərəqqi dövrünə gətirib çıxarır.