Beyləqan rayonunda Səhiyyə işçilərinin Peşə bayramı qeyd olundu.
17.06.2016-cı il tarixdə Beyləqan rayonunda Səhiyyə işçilərinin Peşə bayramı münasibəti ilə tədbir kecirilmişdir.Tədbir iştirakçıları İlk öncə Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı cənab Vaqif Abdullayev çıxış edərək bildirdi ki,17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olunması da elə bu amillə bağlıdır.
1918-ci il iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçib. Bu qərar o zaman yenicə qurulmuş demokratik respublikanın ilk qərarlarından idi. Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin nəzarətində olan və daimi inkişaf edən bir sahə olub.
Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qaygıdan bəhs edərək, bu siyasətin bu gün də uğurla davam etdiyini bildirmişdir .
Sonda fərqlənən səhiyyə işçilərinə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.