Şriftin ölçüsü :

Saytın rəngi :

19.08.2025-ci il tarixdə Birinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirilib

19 avqust 2025 | 18:30
Avqustun 19-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Birinci Şahsevən kəndində vətəndaşlarla səyyar qəbul keçirib.
 
Səyyar qəbulda həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, aidiyyəti dövlət qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunmuşdur.
 
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaşların qayğılarının, problemlərinin yerində öyrənilməsinin və onların operativ həllinə nail olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır. RİH başçısı rayonda görülən işlər barədə geniş məlumat vermiş, abadlıq-quruculuq tədbirlərinin, yol infrastrukturunun yenilənməsi, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğu və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin davamlı xarakter daşıdığını vurğulamışdır.
 
Səyyar qəbul zamanı kənd sakinləri onları narahat edən sosial, təsərrüfat və məişət məsələləri ilə bağlı müraciətlər etmiş, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
 
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Keçidlər