Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanlı fermerlər gələn il pambıq əkinlərini iki dəfə artırmağı qarşıya hədəf qoyublar

20 sentyabr 2016 | 16:00

20 sentyabr 2016-cı il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirilən müşavirədə pambıqçılığın inkişafı müzakirə edilib.
Ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, pambıq istehsalçılarının iştirak etdiyi müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev diqqəti sentyabrın 17-də Sabirabadda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində dövlətimizin başçısının nitqində qarşıya qoyulan vəzifələrə yönəldib.
Çıxışlarda ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan razılıqla danışılıb.
Bildirilib ki, kənd təsərrüfatı rayonu olan Beyləqanın iqtisadiyyatının əsasını heyvandarlıq və bitkiçilik təşkil edir. Pambıqçılıq sahəsində yüksək təcrübəsi, vərdişləri olan Beyləqanda 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalıb və əhali heyvandarlıq sahəsinə meyl edib. Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il rayonda 4034 hektar sahədə pambıq becərilib. Gələn il 8500 hektarda pambıq əkininin aparılması planlaşdırılır.
Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, “ağ qızıl”ın vaxtında və itkisiz yığılması və pambıqçılığın daha da inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Keçidlər