Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral- Gənclər Günü ilə bağlı növbəti tədbir Heydər Əliyev Mərkəzində keçirilib.

02 fevral 2023 | 11:48

Beyləqan Rayon İcra Hakimiyyəti , Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə 2 Fevral- Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, aparatın məsul nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Zöhrab Camalov, şöbənin əməkdaşları,Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev və idarənin əməkdaşları, qazilər, hərbiçilər, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak ediblər. İlk öncə tədbir iştirakçıları rayonun mərkəzində ucaldılan Heydər Əliyev abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ona sonsuz ehtiramlarını bildiriblər. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndi, daha sonra Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi Gənclər siyasətindən, hal-hazırda bu istiqamətdə görülən işlərdən, eyni zamanda ötən il Gənclər İdarəsi tərəfindən Beyləqanda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxışında bildirdi ki, Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda 2 Fevral -Gənclər Günü elan olunmuş, gənclərə diqqət və qayğı göstərilmiş, bu siyasətin hal-hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsindən söz açmış, sonda isə Beyləqan gənclərini təbrik etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin əməkdaşı Həziyev Vasif və Yeni Azərbaycan Partiyasının Beyləqan Rayon Təşkilatının nümayəndəsi öz çıxışlarında əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclik siyasətindən söz açıblar. Sonra isə qazi Qiyas Məmmədli çıxış edərək Vətən müharibəsi zamanı Azərbaycan ordusunun, o cümlədən Azərbaycan gənclərinin vətənpərvərliyindən və şücaətindən danışmış, öz dəyərli məsləhətlərini gənclərlə bölüşmüşdür. 2 Fevral- Gənclər Günü münasibətilə inşa müsabiqəsində iştirak edib yer tutan şagirdlərə, eləcə də hərbi qulluqçulara fərqləndiyinə görə Gənclər və İdman İdarəsinin Diplomu verilmişdir. Sonda 2- Fevral Gənclər Günü və həmin günün təsisatçısı olan Heydər Əliyevin gənclik siyasəti istiqamətində gördüyü işlər haqqında videoçarx nümayiş olunmuşdur.

Keçidlər