Şriftin ölçüsü :

Saytın rəngi :

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Beyləqanda ziyafət tədbiri keçirilib

02 iyul 2025 | 22:50
2 iyul 2025-ci il tarixində Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Beyləqan rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün rəsmi ziyafət tədbiri təşkil olunub.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Ziyafət mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, YAP Beyləqan rayon təşkilatının sədri, İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də polis veteranları və rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
 
Tədbir yüksək əhval-ruhiyyədə keçib, Azərbaycan polisinin fədakar xidmətinə dərin ehtiram və minnətdarlıq ifadə olunub.
Keçidlər