Şriftin ölçüsü :

Saytın rəngi :

20 may 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

20 may 2026 | 12:39
20 may 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. Vətəndaş müraciətlərinə həssas yanaşılması, qaldırılan məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə keçirilən qəbulda rayon icra hakimiyyətinin başçısı ilə birgə, başçının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
 
Qəbul zamanı vətəndaşlar növbəlilik əsasında qəbul olunub, onların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində RİH başçısı Əziz Əzizov tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
 
Qəbulun sonunda vətəndaşlar müraciətlərinə göstərilən diqqət və həssas yanaşmaya görə minnətdarlıqlarını bildirərək, ölkədə vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
 
Keçidlər