20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Beyləqan rayonunda anım mərasimi keçirilib.
20 yanvar 2024 | 10:13
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 34 il keçir. Bununla əlaqədar Beyləqan şəhərində yerləşən Şəhidlər abidəsi rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyətinin nümayəndələri tərəfindən kütləvi ziyarət edilib.
Anım mərasimində 20 Yanvar faciəsi zamanı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.
Saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!