Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

19 yanvar 2023 | 20:01
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbiri giriş sözü ilə açaraq, xalqımızın qəhrəmanlıq tarixində 20 Yanvar hadisələrinin mühüm yer tutduğunu və bu hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirib. 33 il əvvəl ölkədə baş verən ictimai-siyasi proseslərdən danışan Asif Ağayev SSRİ rəhbərliyinin milli azadlıq hərəkatını qan içində boğmağa və xalqın mübarizə əzmini qırmağa çalışması istiqamətində atdığı addımlardan geniş bəhs edib.
 
Tədbirdə çıxış edənlər-Yeni Azərbaycan Partiyasının Beyləqan rayon Təşkilatının sədri Müşfiq Səfərov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb, Ümumilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
 
Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin direktoru Ülkər Gülməmmədova və Araz qəsəbə tam orta məktəbin tarix müəllimi Zaur Qədirov çıxış edərək 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan istər 20 Yanvar Faciəsi, istərsə də Azərbaycanın haqq savaşında iştirak etmiş mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Keçidlər