Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində, H.Əliyev adına parkda inşa olunan H.Əliyev mərkəzi

12 noyabr 2012 | 16:00

Beyləqan şəhərində, H.Əliyev adına parkda inşa olunan H.Əliyev mərkəzi barədə
M Ə L U M A T

 

Şəhərin Heydər Əliyev adına parkında ucaldılan Heydər Əliyev mərkəzinin inşasına 2012-ci ilin aprel ayının ortalarında başlanılmışdır. Mərkəz kürsü hissədən və iki mərtəbədən ibarətdir. Kürsü hissəsi ilə birlikdə mərkəzin ümumi sahəsi 1296 kvadrat metrdir.
Mərkəzin I mərtəbəsində rəsm studiyası, foto-studiya, elektron kitabxana, internet klub, ingilis dili kursu, xalçaçılıq sinfi, II mərtəbəsində isə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzey salonu, virtual sinif, kiçik konfrans zalı və akt zalı yerləşir.
Mərkəz müasir işıqlandırma və isitmə-soyutma sistemi ilə təchiz olunmuşdur.
Mərkəzin tikintisində qranit daşlardan və müasir tikinti materiallarından istifadə olunmuşdur.
 

Keçidlər