Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

13 oktyabr 2016 | 16:00

13 oktyabr 2016-cı il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, hesabat dövründə rayonda kənd təsərrüfatının və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, yol-nəqliyyat infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, abadlıq-quruculuq işləri aparılıb. Beyləqan şəhərinin küçələrinə asfalt örtük salınıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, İmamverdililər və Xaçınabad kənd tam orta məktəbləri, kənd təsərrüfatı idarəsi üçün binalar tikilib. Kommunal yaşayış binalarının 1688 kvadratmetr dam örtüyü dəmir şiferlərlə əvəzlənib. Şəhərdə 240 yerlik məktəb binasının və 120 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Cari ildə rayonun Türklər, Qaradağlı, Gödəklər, Bünyadlı, Aşıqalılar, Yuxarı Çəmənli, Şərq, Sarısu kənd və qəsəbələri qazlaşdırılıb. Hazırda Əhmədli, Birinci Şahsevən, İkinci Şahsevən, Aşağı Çəmənli, İmamverdili kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir.
Diqqətə çatdırılıb ki, cari ilin məhsulu üçün rayonda 3958 hektarda pambıq əkilib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 2000 hektar çoxdur. Hazırda tarlalarda pambıq yığımı davam etdirilir. 2017-ci ildə rayon ərazisində 8500 hektar pambıq və 1500 hektar şəkər çuğunduru əkilməsi nəzərdə tutulub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Keçidlər