Şriftin ölçüsü :

Saytın rəngi :

20.08.2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

20 avqust 2025 | 12:15
Avqustun 20-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda RİH başçısının müavinləri və şöbə müdirləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
 
İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşlarla fərdi qaydada görüşərək onların müraciət və təkliflərini dinləyib. Sakinlərin sosial rifahının yaxşılaşdırılması, infrastruktur sahəsində mövcud çətinliklərin aradan qaldırılması, həmçinin məşğulluq, sosial təminat və digər məsələlərlə bağlı müraciətlər diqqətlə araşdırılıb.
 
Qaldırılan problemlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Bildirilib ki, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinə həssas yanaşmaq, onların arzu və təkliflərini operativ şəkildə icra etmək dövlət siyasətinin əsas istiqamətlərindəndir.
 
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər
Keçidlər