2023-cü ilin ilk səyyar-qəbulu Bünyadlı kəndində baş tutub.
11 yanvar 2023 | 13:00
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları 2023-cü ildə də davam edir. İlin ilk qəbulu 10 yanvar 2023-ci il tarixdə Bünyadlı kəndində keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ötən il Beyləqan rayonunda görülən quruculuq-abadlıq işlərindən, təsərrüfatda və digər sahələrdə əldə edilən uğurlardan danışmış, o cümlədən mütəmadi olaraq keçirilən səyyar qəbulların əhəmiyyətini vurğulayaraq 2023-cü ildə qarşıda duran işlərdən də bəhs etmişdir.
Sonra söz qəbul iştirakçılarına verilib. Qəbulda vətəndaşlar tərəfindən kəndin mərkəzi yolunun asfaltlaşdırılması, içməli su təminatının yaxşılaşdırılması, mövsüm ərzində suvarma suyunun verilməsi və SİB kabellərin çəkilməsi xahiş olunmuşdur.
Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Bünyadlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.