Şriftin ölçüsü :

Saytın rəngi :

2025/2026-cı il tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edərək yüksək nəticələr göstərən qəhrəman Vətən oğullarımızın övladlarını tanıyaq!

23 avqust 2025 | 14:37
-Şəhid Əliyev Səbuhi Teyyub oğlunun övladı Əliyev Teyyub Səbuhi oğlu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub.
 
-Şəhid Quliyev Əvdil Qardaşxan oğlunun övladları:
 
• Quluzadə Nərmin Əvdil qızı Xəzər Universitetinin Mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul olunub;
 
• Quluzadə Ülvü Əvdil oğlu isə Qərbi Kaspi Üniversitetinə qəbul olunub.
 
-II qrup Vətən Müharibəsi əlili Hüseynov Elşad Şəftər oğlunun qızı Hüseynova Leyla Elşad qızı 586.10 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunub.
 
Nəticələr elan olunduqdan dərhal sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəhrəmanlarımızın övladlarını səmimi şəkildə təbrik edərək onların təhsildə əldə etdiyi uğurları yüksək qiymətləndirib və hərtərəfli dəstəyini ifadə edib.
 
Gənclərimizi bir daha təbrik edir, onlara uğur və nailiyyətlər dolu bir gələcək arzulayırıq!
Keçidlər