Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçrilmişdir.

10 fevral 2017 | 16:00

Beyləqan rayon Mədəniyyət Sarayında 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilmişdir.Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, sonra mədəniyyət sarayının foyesində Beyləqanda istehsal edilən məhsulların sərgisinə baxıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, ötən il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, şəhər 8 nömrəli tam orta məktəbi üçün 240 şagird yerlik, Xaçınabad kəndində 80 şagird yerlik, İmamverdili kəndində 180 şagird yerlik məktəb binaları, 8 saylı körpələr evi-uşaq bağçası, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu, Bayraq Muzeyi, Toxum müfəttişliyi və Aqrokimya laboratoriyasının, kənd təsərrüfatı idarəsinin inzibati binaları istifadəyə verilib. Rayonun 16 kənd və qəsəbəsi qazlaşdırılıb.
Hesabat məruzəsində və çıxışlarda rayonda sahibkarlığın, kənd təsərrüfatının və sənayenin inkişafından, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib. Bildirilib ki, Beyləqan rayonunda sahibkarlığın inkişafı prioritet məsələ kimi daim diqqətdə saxlanılır. 2016-cı ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 153 sahibkara 1 milyon 066 min manatdan çox güzəştli kredit verilib. Bunun nəticəsində 171 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, ötən il rayonda 3958 hektarda pambıq əkilib, 7861 tondan artıq məhsul tədarük edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pambığın əkin sahəsi 1,9 dəfə, məhsul isə 2,1 dəfə çoxdur.
Yığıncaqda qarşıda duran vəzifələrdən də danışılıb. Bildirilib ki, 2017-ci ildə 8500 hektar sahədə pambıq əkilməsi, bitki yağı istehsalı müəssisəsinin və müasir heyvandarlıq təsərrüfatının yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev,  Milli Məclisin deputatları Çingiz Qənizadə və Şahin İsmayılov yığıncaqda çıxış ediblər.

 

Keçidlər