21 yanvar 2025-ci il tarixdə Rayonun İkinci Aşıqlı kəndində səyyar qəbul keçirilib.
21 yanvar 2025 | 17:54
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 21 yanvar 2025-ci il tarixdə İkinci Aşıqlı kəndində səyyar qəbul keçirib.
Qəbulda rayon prokuroru Ramazan Hadiyev, RİH başçısının müavinləri və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
RİH başçısı Əziz Əzizov çıxış edərək respublikamızın, o cümlədən Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi. Rayon rəhbəri daha sonra sakinlərdən müraciətlərini səsləndirməyi xahiş etdi.
Görüşdə kənd sakinləri tərəfindən müxtəlif müraciət, təkliflər ünvanlanıb.
Müraciətlərin bəziləri yerindəcə araşdırılaraq lazımi izahatlar verilmiş, həlli vaxt tələb edən digər məsələlər qeydiyyata alınaraq rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər keçirilən səyyar qəbuldan razılıqlarını ifadə edərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.