Şriftin ölçüsü :

Saytın rəngi :

21 yanvar 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu həyata keçirilib.

21 yanvar 2026 | 13:05
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2026-cı ilin ilk vətəndaş qəbulunu keçirib. Qəbul zamanı vətəndaşların müxtəlif sahələri əhatə edən müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.
 
Rayon rəhbəri müraciətlərin operativ və obyektiv şəkildə araşdırılması, qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verib. Qəbul zamanı bəzi müraciətlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.
 
Vətəndaşlarla birbaşa ünsiyyətin vacibliyini vurğulayan icra başçısı ölkə rəhbərliyi tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini qeyd edib və bu istiqamətdə rayon üzrə mütəmadi qəbul və görüşlərin daim davam etdiriləcəyini bildirib.
Keçidlər