Şriftin ölçüsü :

Saytın rəngi :

YENİ MİL QƏSƏBƏSİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ ABİDƏ KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ OLDU

19 oktyabr 2012 | 15:00

18 oktyabr 2012-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin təşəbbüsü və qayğısı ilə rayon Prokurorluğunun,rayon Polis Şöbəsinin rəhbərlərinin yaxından köməkliyi ilə Yeni Mil qəsəbəsində məlum Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi oldu.
Abidə kompleksinin açılış mərasimində Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, rayon İcra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər, kənd və qəsəbə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri,idarə və müəssisə rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, şəhid ailələri, kənd sakinləri,məktəblilər iştirak etmişlər.
Əvvəlcə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev abidə kompleksinin üzərindən ağ örpəyi götürdü.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri abidə önünə əklil və gül-çiçək dəstləri qoydular.
Cənab V.İ.Abdullayev mərasimdə çıxış edərək Müstəqilliyimizin 21-ci il dönümü günündə bu abidənin açılışının tarixi bir hadisə olduğunu qeyd etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə olduğu kimi ordumuzun formalaşmasında da böyük dəyişikliklər oldu. Atəşkəs əldə edildi. Ölkədə sabitlik yarandı. Ölkəmiz parçalanmaq təhlükəsindən xilas olundu.Azərbaycan dünyaya və Avropaya inteqrasiya etməyə başladı. Dünya ölkələri Azərbaycanı tanımağa başladı. Yeni müstəqil Azərbaycan dövləti quruldu. Müstəqil ölkəmiz gündən-günə inkişaf etməyə başladı.
Bu gün də Ümummilli lider Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı mötərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz çiçəklənir, təərəqqi edir. Bu tərəqqi Beyləqanda da uğurla davam etdirilir. Yeni-yeni binalar inşa olunur.
Çıxışında cənab Vaqif Abdullayev qeyd etdi ki, bu gün torpaqlarımızın 20 faizi yağı tapdağı altında inildəyir. İşğal altında qalan torpaqlarımızı azad etmək üçün bu gün ölkəmizin qüdrətli ordusu var. Bu elan olunmamış müharibədə xeyli şəhidlər vermişik. Onların xatirəsi dövlətimiz tərəfindən daima yad edilir, xatirələri əziz tutulur.Dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev torpaqlarımızın azadlığı uğurunda şəhid olanların ailələrinə daima diqqət və qayğı göstərir.
Torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda beyləqanlılar da şəhidlər vermişdir. Şəhid olanların xatirəsini əbədiləşdirmək üçün kənd və qəsəbəlirimizdə abidə kompleksləri ucaldılır.Bu gün də Yeni Mil qəsəbəsində belə bir abidə kompleksinin açılış mərasimində iştirak edirik. Bu qəsəbədən səkkiz nəfər şəhidin adı bu kompleksdə əbədiləşib. Şəhidlərimizlə fəxr edir, onların ruhları qarşısında baş əyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Mərasimdə şəhid atası Cəbrayıl Məmmədov, Bulud Muradov, şəhid anası Güllü Muradova, şəhid qardaşı Elxan Qasımov çıxış edərək möhtərəm prezidentimiz cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirdilər. Eyni zamanda bu abidə kompleksinin ucaldılmasında Beyləqan rayon İcra hakimiyyətinə,rayon Prokurorluğuna, rayon Polis Şöbəsinə, bütün zəhməti olanlara minnətdarlıqlarını bildirdilər.
Mərasimdə Yeni Mil kənd orta məktəbinin şagirdləri və qəsəbə uşaq bağçasının uşaqları şəhidlərə həsr olunmuş ədəbi -bədii kompozisiya nümayiş etdirdilər.

 

Keçidlər