Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda "31 Mart – Azərbaycanlıların Soyqırımı" na həsr olunmuş adlı tədbir keçirildi.

31 mart 2017 | 16:00

31 Mart Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəsi önündə tədbir keçirilmişdir.Tədbirdə  Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev,başda olmaqla, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları,  təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatlarının işçiləri, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri iştirak etmişlər.
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.  
Tədbirdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışdılar. Natiqlər çıxışında  qeyd etdi ki, Azərbaycan  Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Sonra tədbir digər natiqlərin çıxışı ilə davam etmişdir.

Keçidlər