Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda əhali hər zaman keyfiyyətli tibbi xidmətlərlə təmin olunur.

17 avqust 2017 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək rayonumuzda aparılan əhalinin tibbi müayinəsi nəticəsində 42 yaşayış məntəqəsi olmaqla rayonda fəaliyyət göstərən təşkilat və kollektivlərlə birgə 18 yaşdan yuxarı 65.300 nəfər tibbi müayinədən keçmişdir.Əhalinin tibbi müayiniyə cəlb olunması müddəti başa çatsa da imtiyazlı şəxslərin müayinəsi  bu gün də uğurla davam etdirilir.Mərkəzi xəstəxanada, tibb məntəqələrində, kənd sahə xəstəxanalarında həyata keçirilən bu müayinələr zamanı xəstəliklərin vaxtında aşkarlanması və müalicə olunması  xeyli asanlaşmışdır. Nəticədə bu sağlam cəmiyyətin formalaşmasına əsas verir və rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

 

Keçidlər