Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu Qəbələ şəhərində keçirilən V Beynəlxalq Mürəbbə Festivalında III yerə layiq görülmüşdür.

13 sentyabr 2017 | 16:00

26 avqust 2017-ci il tarixində Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir.
Beynəlxalq səviyyəli tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.
Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri adi mürəbbələr də (qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub.
Beyləqan rayon mədəniyyət işçiləri də tədbirdə müxtəlif çeşidli mürəbbə növləri ilə iştirak etmişdir. Nümayəndəliyimizin əl işləri tədbir iştiraqkçıları tərəfindən maraqla qarşılanıb. 
Beyləqan rayon mədəniyyət işçiləri münsiflərin rəyi əsasında  III yerə layiq görülmüş , Kubok, Diplom və Medalla təltif edilmişdir.

Keçidlər