DÜNYAMALILAR KƏNDİNDƏ ŞƏHİDLƏR ABİDƏ KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ OLDU
31 oktyabr 2012-ci il tarixdə Dünyamalılar kəndində torpaqlarımızın azadlığı və müdafiəsi uğurunda Qaraba döyüşlərində qəhrəmancasına həlak olmuş kəndin igid övladlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olmuşdur.
Abidə kompleksinin açılış mərasimində Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq, mühafizə orqanlarının rəhbərləri,Dünyamalılar kənd sakinləri,şəhid ailələri, yaxın kədlərdən qonaqlar, idarə və müəssisə rəhbərləri, rayon ümumtəhsil ocaqlarının rəhbərləri, mətəblilər,kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev abidə kompleksinin önündən ağ örpəyi götürdü.
Sonra Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə hüquq mühafizə ornqanlarının rəhbərləri, qonaqlar canlarını Vətənin azadlığı və müdafiəsi uğurunda şəhid verən igidlərin abidə kompleksi önünə əklil və gül-çiçək dəstələri düzdülər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açılış mərasimində çıxış etdi.
Şəhid atası Musa Zeynalov,Vaqif Zeynalov, şəhid----- həyat yoldaşı Sevil Zeynalova və başqaları çıxış edərək dövlətimizə, dövlətimizin başçısı cənab İlham Əliyevə şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Çıxış edən şəhid aillələrinin üzvləri eyni zamanda bu abidə kompleksinin ərsəyə gəlməsində rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin dəstəyini xüsusi olaraq vurğuladılar.eyni zamanda , kənb bələdiyyəsi və icra nümayəndəliyinin, bu kompleksin tikilməsində zəhməti olanlara öz təşəkkürlərini bildirdilər.
Sonda Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbin şagirdlərinin şəhidlər mövzusunda hazırladıqları «Azad edək qarabağı» adlı əbəbi -bədii kompozisiya nümayiş etdirildi.
Elə həmin gün kənddə yeni ailə quran bəy və gəlin Cahangir Mehdiyev və Sevil İsmayılova şəhidlər abidə kompleksinin önünə gül-çiçək dəstələri qoydular.qeyd olundu ki, bu gündən etibarən kənddə bütün tədbirlər bu möhtəşəm abidə önünə gül-çiçək dəstəsi qoyulmaqla başlanacaqdır.