Beyləqan rayonunda Təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir
2017-2018-ci il Tədris ilinin başlanması münasibətilə rayon İcra hakimiyyətinin başçısı Cənab Vaqif Abdullayev Beyləqan rayon Ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri ilə görüşlər keçirmiş, məktəblərdə tədris ilinə hazırlıq, pedaqoji kollektivlərin fəaliyyəti , məktəbdaxili nizam-intizama əməl edilməsi , 2017-2018-ci Tədris ilinin nəticələrinin keçən tədris ilindən daha yüksək olması ,şagird-müəllim, valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, müəllimlərin İKT bacarıqlarının təkmilləşdirilməsi, məktəblərin ümumi nəticələri barədə ətraflı müzakirələr apararaq lazımi tövsiyyə və tapşırıqlarını başda Təhsil şöbəsi olmaqla məktəb direktorları və pedaqoji kollektivin nəzərinə çatdırdı. Təhsilin inkişafımızın əsas dayağı olduğu, insan kapitalının inkişafında təhsilin əsas rol oynadığını nəzərə alaraq bu gün ümumtəhsil məktəblərində şagirdlərin hazırlığı yüksək səviyyədə aparılmalıdır.
Müzakirələrin sonunda məktəb direktorları Respublikamızda Təhsilin inkişafı sahəsində ölkə Prezidenti Cənab İlham Əliyevin, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən, rayonumuzun təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açdılar. Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda 240 yerlik yeni məktəb binasının tikilməsi, 2017-ci il 12 noyabr tarixində Cənab Pezidentimizin rayona səfəri münasibətilə məktəbin açılışında iştrakı təhsil sahəsinə böyük qayğının nəticəsidir. Ümid edirik ki, fəaliyyətə başladığımız 2017-2018-ci Tədris ilində uğurlarımız bol olacaq, nöqsanların aradan qaldırılması istiqamətində pedaqoji kollektivlə bərabər əlimizdən gələni əsirgəməyəcəyik, tam məsuliyyətlə öz fəaliyyətimizi davam etdirəcəyik.
İcra hakimiyyətinin başçısı Cənab Vaqif Abdullayev diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin əməyini yüksək qiymətləndirdiyini, qabaqcıl müəllimlərin təcrübəsindən gənc kadrların bəhrələnməsini və öz fəaliyyətlərində tətbiq etməsini tövsiyyə etdi.