Şriftin ölçüsü :

Saytın rəngi :

22.07.2025-ci il tarixdə Tatalılar kəndində səyyar qəbul-görüş keçirilib

22 iyul 2025 | 19:23
İyulun 22-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun vətəndaşlarla növbəti səyyar görüşü Tatalılar kəndində keçirilib.
 
Qəbulda həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayom İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, aidiyyəti dövlət qurumlarının yerli idarə və xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə mütəmadi şəkildə keçirilən səyyar görüşlərin əsas məqsədi vətəndaşların qayğı və problemlərini yerində öyrənmək, onların həlli üçün çevik və operativ mexanizmlər tətbiq etməkdir. Bildirilib ki, vətəndaş məmnunluğunun təmin olunması, onların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər daim nəzarətdə saxlanılır və bu sahədə qarşıya qoyulan vəzifələrin icrası diqqət mərkəzindədir.
 
Səyyar qəbul zamanı kənd sakinlərinin qaldırdıqları problemlər, səsləndirdikləri təklif və müraciətlər dinlənilib, məsələlərin operativ həlli ilə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verilib.
 
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər