Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu H.İsmayılov adına Şəfəq qəsəbə tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirildi.

15 sentyabr 2017 | 16:00

Beyləqan rayonu H.İsmayılov adına Şəfəq qəsəbə tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirildi.
Tədbir səhər saat 09:00-da başladı. Tədbirdə  Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, məktəbin pedoqoji kollektivi, valideyinlər, şagirdlər və s. qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözləri ilə məktəbin direktoru B.Fətəliyev açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Sonra rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev “Bilik günü” münasibəti ilə müəllimlərin və şagirdlərin bayramlarını təbrik edərək qeyd etdi ki, 2016-2017-ci il tədris ilində məktəbin 14 məzunundan 12-si ali məktəbə daxil olmuşdur.Bu nəticənin gələcəkdə də qorunub-saxlanılmasını və daha böyük uğurlar qazanılmasını məktəb kollektivinə tövsiyyə etdi.
Bundan əlavə cənab başçı respublikada və rayonda təhsilə göstərilən qayğı və diqqətlə bağlı geniş məlumat verdi.
Çıxış edən məktəbin direktoru və müəllimləri rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə rayonda görülən işlərlə bağlı dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda 1-ci sinf şagirdləri müəllimlərini gül dəstələri ilə təbrik etdilər və tədbir bununla yekunlaşdı. Şagirdlər siniflərə keçdilər. Məktəbdə 1-ci saatlar Cocuq Mərcanlıya "Böyük Qaydışa" həsr edildi.

Keçidlər