Beyləqan rayonunda pambıq məhsulu yığımına başlanılması ilə bağlı ümumrayon toplantısı keçirildi
18 sentyabr 2017-ci il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində pambıq məhsulu yığımının başlanılması ilə əlaqədar ümumrayon toplantısı keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayev, aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən pambıq emalı müəssisələrinin rəhbərləri, kəndli-fermer təsərrüfatlarının rəhbərləri və iri pay torpaq sahiblərinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı V.Abdullayev açaraq bildirdi ki, rayon ərazisində pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandıraraq onların pambıq əkininə maraqlarını xeyli artırmış və ötən illə müqayisədə 2,1 dəfə çox, yəni 8550 hektar sahədə çiyid səpini aparılmışdır. .
Tədbirdə rayon üzrə pambıqçılıq Qərargahının sədri T.Məstanov, pambıq istehsalı və emalı müəssisələrinin rəhbərləri R.Məmmədov, F.Hacıyev, Beyləqan Kənd Təsərrüfatı İdarəsinin müdiri X.Məmmədov çıxış edərək pambıq məhsulu yığımı və istehsalçılar üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini bildirdilər.