Beyləqan rayonunda qanvermə aksiyasl keçirilmişdir.
17 oktyabr 2017 | 16:00
Beyləqan rayon mərkəzi xəstəxanasında keçirilən könüllü qanvermə aksiyasında 138 nəfər insan qan verib.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri fəal iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaqdır.