Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Dövlət Bayrağı Günü” qeyd edilmişdir.

08 noyabr 2017 | 16:00

 Noyabrın 8-də Beyləqan rayon Bayraq Muzeyində Dövlət Bayrağı Günü münasibətilə “Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi” adlı tədbir keçirilmişdir.İlk öncə rayonun idarə, müəssisə və təşkilat kolllektivləri, rayon ictimaiyyəti tərəfindən Ulu Öndərin abidəsi ziyarət olunmuş və abidə önünə gül dəstələri qoyulmuşdur.
        Bayraq Muzeyində keçirilən tədbiri rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq  iştirakçıları bu tarixi gün münasibətilə təbrik etmişdir. O, Azərbaycan Dövlət Bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi və şanlı yolundan, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımıza olan xüsusi diqqət və qayğısından, misilsiz xidmətlərindən   iştirakçılara ətraflı məlumat vermişdir.
       Rayonun idarə, müəssisə və təçkilat kollektivlərinin, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə birmənalı olaraq vurğulanmışdır ki, üçrəngli bayrağımıza ehtiram əlaməti olaraq hər il 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün dünyada  Azərbaycan dövlətinin və xalqının nüfuzunu daim uca tutacaq.
Tədbir şəhər stadionunda “Bayrağımız qürur mənbəyimizdir” adlı konsert proqramı ilə davam etdiriləcək və “İctimai Televiziya” ilə canlı yayımlanacaqdır.

Keçidlər