Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları yola salınmışdır.

11 noyabr 2017 | 16:00

11.11.2017-ci il tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə rayon Heydər Əliyev Mərkəzində görüş keçirilmişdir.İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və abidə önünə gül dəstələri qoyulmuşdur.Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev “Ölkəmizi tanıyaq” lahiyəsi barədə geniş məlumat verərək məktəblilərin dünyagörüşünün və onlarda vətənpərvərlik hissinin yüksəlməsində tur-aksiyasının əhəmiyyətindən danışmış, onlara uğurlu yol arzulamışdır.Görüşdə iştirak edən məktəblilər və valideynlər tur-aksiyasının təşkili ilə bağlı ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.Daha sonra məktəblilər avtobusla “Ölkəmizi tanıyaq” lahiyəsinə uyğun olaraq respublikanın Quba-Qusar-Xaşmaz zonasına yola salınmışdır.

 

Keçidlər