Şriftin ölçüsü :

Saytın rəngi :

“12 Noyabr-Konstitusiya Günü”nə həsr olunmuş tədbir keçirildi.

11 noyabr 2017 | 16:00

11.11.2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayonun idarə müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, hüquq-mühafizə orqanlarının iştirakı ilə “12 Noyabr-Konstitusiya Günü”nə həsr olunmuş  tədbir keçirilmişdir.Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və abidə önünə gül-çiçək dəstələi qoyulmuş sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında və qəbul olunmasında Ümumilli Lider Heydər Əliyevin xidmətlərindən və Azərbaycan xalqına verdiyi töhfələrdən danışmışdır.
Çıxış edənlərdən Beyləqan rayon Məhkəməsinin sədri R.Nurullayev, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri R.Pəsiyev,  rayon Polis şöbəsinin rəisi F.Şıxəliyev və digərləri Konstitusiyanın Azərbaycan xalqının həyatında oynadığı əhəmiyyətdən və Ulu Öndərin bu sahədəki əvəzsiz fəaliyyətindən söz açmışlar.

 

Keçidlər