Şriftin ölçüsü :

Saytın rəngi :

23.07.2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

23 iyul 2025 | 12:18
İyulun 23-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
 
Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, həmçinin rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlərlə bağlı ətraflı məlumat alınıb. Hər bir müraciət qeydiyyata alınaraq, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar və göstərişlər verilib.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər