Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə tədbir keçirilmişdir.

29 dekabr 2017 | 16:00

29 dekabr 2017-ci il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında ““31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatların əməkdaşları,mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan cənab Vaqif Abdullayev öncə tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmişdir..Daha sonra Həmrəylik gününün tarixi, Ulu Öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik gününün elan edilməsi istiqamətində atdığı addımlardan, bu gün cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin davam etdirilməsindən danışmışdır.2017-ci ildə ölkədə, eləcə də Beyləqanda həyata keçirilən tədbirlərdən, Qeyri neft sektorunun inkişafından, kənd təsərrüfatındaəldə olunan uğurlardan məlumat vermişdir.Qarşıdan gələn 2018-ci ilin ölkəmizin tarixində əhəmiyyətli,uğurlu il olacağını, ərazi bütövlüyümüzün təmin olunmasında uğurların olmasına ümid etdiyini bildirdi.Bütün Beyləqanlılara, Azərbaycan xalqına cansağlığı, uğurlar və həmrəylik arzuladı.
Tədbirin bədii hissəsini rayon Uşaq Musiqi məktəbinin “Odlar Yurdu” uşaq xor kollektivi və “Aranqala” instrumental ansamblı konsert proqramı ilə davam etdirdilər.

Keçidlər