Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı elmi praktik konfrans keçirilmişdir.

09 yanvar 2018 | 16:00

09 yanvar 2018-ci il tarixdə Kürdəmir Regional Mədəniyyət və Turizim idarəsinin Beyləqan rayon Mədəniyyət  Mərkəzində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı  elmi praktik konfrans keçirilmişdir.
Tədbirdə 20 yanvar faciəsinin qurbanları yad edilmiş, həmin dövrdə ölkədə baş verən hadisələr barədə konfrans iştirakçılarının geniş məlumat verilmişdir.
Tədbirdə vurğulanmışdır ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləboran etdi, ağlasığmaz vəhşiliklər törətdi.İnformasiya blokadasında olan Azərbaycanın haqq səsini dünyaya  məhz həmin dövrdə Moskvada yaşayan Ümumilli Lider Heydər Əliyev çatdırdı.Hadisədən dərhal sonra həyatını təhlükəyə qoyaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyev bu qırğınlardan sovet rəhbərliyinin və şəxsən SSRİ rəhbəri M.Qarbaçovun məsuliyyət daşıdığını bildirdi.Məhz Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.
Xalqımız və dövlətimiz 20 Yanvar facisəində həlak olanların xatirəsini həmişə əziz tutacaq, onların mübarizliklərini heç vaxt unutmayacaqdır.
Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilmişdir.

Keçidlər