Beyləqan rayon İmamverdilər kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.
11 yanvar 2018-ci il tarixdə Beyləqan rayonunun İmamverdilər kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir.Bu münasibətlə İmamverdilər kəndində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Beyləqan rayon İcra hakimiyyətinin birinci müavini Telman Məstanov və “Azəriqaz”İstehsalat Birliyinin nümayəndəsi çıxış edərək kənd sakinlərini təbrik etmiş, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində görülən işlərdən danışmışlar.Bildirildi ki, 226 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34700 metr müxtəlif diametrli polietilen və metal borulardan, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir.
Sakinlər və ictimaiyyət nümayəndələri onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.