Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Füzuli rayonunda görüş keçirəcək.
21 fevral 2018 | 16:00
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova fevralın 27-də saat Füzuli rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Füzuli, Beyləqan,Ağcabədi,Tərtər, Bərdə, Ağdam, Laçın, Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulmuşdur. Qəbulda iştirak etmək istəyən Beyləqan sakinlərindən 26 fevraladək rayon İcra Hakimiyyətinə müraciət etmələri xahiş olunur
Qəbul saat 10:30-da Füzuli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.