Şriftin ölçüsü :

Saytın rəngi :

24 dekabr 2024-cü il tarixdə Rayonun Aşıqalılar kəndində səyyar qəbul keçdi.

24 dekabr 2024 | 19:04
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 24 Dekabr 2024-cü il tarixdə Aşlqalılar kəndində səyyar qəbul keçirib.
 
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavini və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər iştirak etmişdir.
 
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Kənd sakinlərini salamlayan RİH başçısı Əziz Əzizov bu günki səyyar qəbulun əlamətdar bir günə -Azərbaycan Respublikaslnın prezidenti İlham Əliyevin ad gününə təsadüf etdiyini qeyd edərək,onun Azərbaycanın müasir tarixindəki əvəzsiz xidmətlərindın bəhs etdi. İcra başçısı kənd sakinləri,eləcə də beyləqanlılar adından dövlət rəhbərinə xoş arzularını ünvanlayıb.
 
Rayon rəhbəri daha sonra kənd sakinlərindən müraciətlərini səsləndirməyi xahiş etdi.
 
Görüşdə kənd sakinləri tərəfindən müxtəlif müraciət, təkliflər ünvanlanıb.
 
Müraciətlərin bəziləri yerindəcə araşdırılaraq lazımi izahatlar verilmiş, həlli vaxt tələb edən digər məsələlər qeydiyyata alınaraq rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Aşıqalılar kənd sakinləri keçirilən səyyar qəbuldan razılıqlarını ifadə edərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər