Şriftin ölçüsü :

Saytın rəngi :

24 dekabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

24 dekabr 2025 | 15:50
24 dekabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.
 
Qəbulda Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər.
 
Qəbul zamanı vətəndaşların sosial-məişət, məşğulluq, torpaq münasibətləri, kommunal xidmətlər, infrastruktur və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlərlə bağlı isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
 
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə yanaşılmasına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər