Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda pambıqçılığın inkişafı ilə bağlı ümumrayon müşavirəsi keçirilmişdir.

25 fevral 2018 | 16:00

25 fevral 2018-ci il tarixdə Beyləqan şəhər Mədəniyyət sarayında rayonda pambıq əkininə hazırlığın gedişinin vəziyyəti ilə bağlı ümumrayon müşavirəsi keçirilmişdir. Müşavirədə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil, mədəniyyət və tibb müəssisələrinin rəhbərləri, mətbuat işçiləri iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək rayon üzrə qarşıya qoyulmuş 12500 hektar pambıq əkininə hazırlığın vəziyyəti barədə geniş məlumat verdi və bu sahədə mövcud nöqsan və geriliyin aradan qaldırılması məqsədilə aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verdi. Eyni zamanda cənab başçı bildirdi ki, ölkə başçısının pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu tapşırıqların vaxtında yüksək səviyyədə yerinə yetirilməsi təmin edilməlidir. İndi qarşımızda bir məqsəd var: əkinlə bağlı müqavilələrin vaxtında bağlanması, yaz əkininə vaxtında başlamaq və yüksək məhsuldarlığın əldə edilməsi üçün yerli icra nümayəndələri, bələdiyyələr, torpaq mülkiyyətçiləri və pambıq zavodlarının rəhbərləri bütün qüvvələrini səfərbər etməlidirlər.

Müşavirədə çıxış edən pambıq zavodlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələr pambıqçılıqla bağlı qarşıya qoyulan məqsədə nail olacaqlarını bildirdilər.

Müşavirədə bu sahədə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparıldı və qaldırılan məsələlərin icrası məqsədilə lazımi tapşırıq və tövsiyələr verildi

Keçidlər