25 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu həyata keçirilib.
25 fevral 2026 | 12:17
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə baxılmasına dair tapşırıq və tövsiyələrinə uyğun olaraq Beləqan Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaş qəbulları mütəmadi şəkildə təşkil edilir.
25 fevral 2026-cı il tarixdə Beləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən icra hakimiyyətinin inzibati binasında növbəti dəfə rayon sakinləri qəbul edilmişdir.
Qəbulda rayon icra hakimiyyətinin başçısı ilə birgə müavinləri, şöbə və sektor müdirləri, eləcə də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişdi.
Hər bir vətəndaş növbəlilik əsasında qəbul olunmuş, müraciətləri diqqətlə dinlənilmiş və qanunvericiliyə uyğun izahatlar verilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşların müraciətlərinin qanunamüvafiq həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıdan məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.







