Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətində Pambıq əkininə hazırlığın gedişi ilə bağlı növbəti müşavirə keçirildi.

09 mart 2018 | 16:00

09 mart 2018-ci il tarixdə rayon İcra hakimiyyətində rayonda pambıq əkininə hazırlıqla bağlı müşavirə keçirildi.Tədbirdə rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayev , rayon hüquq-mühafizə orqanları rəhbərləri, idarə müəssisə və təşkilatlar,inzibati ərazi dairələri və bələdiyyələr, təhsil, mədəniyyət, tibb müəssisəsi rəhbərləri ,təsərrüfat nümayəndələri iştrak etdilər.


Rayon İcra hakimiyyətinin başçısı V.Abdullayev çıxış edərək 2018-ci Təsərrüfat ilində nəzərdə tutulmuş pambıq əkini aparılacaq torpaqlarda şumlanma prosesinin gedişi,yaranacaq hər hansı problemin həlli istiqamətində atılacaq addımlardan,əkin üçün ayrılmış torpaqlarda hazırlıq işlərinin yekunlaşmasından, növbəti mərhələlərdə lazım olan istiqamətlərdə bütün tədbirlərin görüləcəyindən, aqrotexniki qaydalara əməl olunması istiqamətində atılacaq addımlardan , pambıq əkini ilə əlaqədar gələcəkdə rayon sakinlərinin məşğulluğunun təmin edilməsindən danışdı.Pambıq strateji əhəmiyyətli məhsul kimi böyük əhəmiyyət daşıyır , ölkəmizə valyuta gətirir, əhalinin məşğulluğu təmin edilir.Bu təsərrüfat ilində də biz qarşıya qoyulan hədəfə çatmalıyıq və yüksək məhsuldarlıq əldə etmək üçün səylə çalışmalıyıq.


Çıxış edənlər bundan əvvəlki müşavirədən keçən müddət ərzində torpaqların ayrılması və şumlanması istiqamətində irəliləyiş əldə edildiyini,əkinə hazırlıqla bağlı demək olar ki işlərin yekunlaşdığını qeyd etdilər.Qarşıya qoyulan məqsədə, yüksək məhsuldarlıq əldə edilməsi istiqamətində  birgə, qarşılıqlı,  yerlərdə operativ fəaliyyət göstərərək, səmərərəliliyi bundan sonrakı mərhələdə də davam etdirəcəklərini qeyd etdilər.Pambıq əkinin həyat keçırılməsi ilə yerlərdə əhalinin məşğulluğunun təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyini, sahibkarların gəlirlərinin artdiğini , yeni iş yerlərinin yarandığını, bununla da əhalinin sosial rifah halının yüksəldiyini vurğulayaraq bütün bunlara görə ölkə prezidenti Cənab İlham Əliyevə təşəkkür etdilər.

 

Keçidlər