Şriftin ölçüsü :

Saytın rəngi :

25.08.2025-ci il tarixdə İkinci Aşıqlı kəndində səyyar qəbul-görüş keçirilib

25 avqust 2025 | 18:00
Avqustun 25-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən İkinci Aşıqlı kəndində səyyar qəbul-görüş keçirilib. Görüşdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak ediblər.
 
Rayon rəhbəri kənd sakinlərini salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib və qeyd edib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində bütün rayonlarda olduğu kimi, Beyləqanda da geniş quruculuq, abadlıq və sosial infrastruktur layihələri uğurla icra olunur. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu səyyar görüşlərin keçirilməsinin əsas məqsədi isə vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların problemlərinin operativ şəkildə araşdırılıb həllinə nail olunmasıdır.
 
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlər qeydiyyata alınaraq yerindəcə araşdırılıb, həlli ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlar verilib.
 
İkinci Aşıqlı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər