Beyləqan rayonunda Novruz bayramı qeyd olundu.
20 mart 2018-ci il tarixdə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.Tədbirdə rayon İcra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanları ,idarə, müəssisə, təşkilatlar, rayon ictimaiyyəti, ağsaqqallar , KİV nümayəndələri iştrak etdilər.Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül çiçək qoyuldu.Sonra rayon İcra hakimiyyətinın başçısı Vaqif Abdullayev bayram tonqalını yandıraraq təbrik nitqi söylədi.Qədim,milli bayramımız olan Novruzun çoxəsrlik tarixindən, xalqımızın Novruz adətlərinin bu gün də qoruyub saxlamasından ,Novruzun bərəkət bolluq rəmzi olmasından söz açdı.Bütün Beyləqanlıları təbrik edən V.Abdullayev Novruzun gəlişi ilə Beyləqanda təsərrüfatın inkişafında dirçəlişin olduğunu, bu ildə rayonumuzda inkişafın yüksək şəkildə gedəcəyinin vurğuladı.Cənab prezident İlham Əliyevin Regionların inkişafı istiqamətində həyat keçirdiyi tədbirlərdən söz açaraq ,bu inkişafın Beyləqanda da hiss olunduğunu ,rayonumuzda bu istiqamətdə tədbirlər görüldüyünü qeyd etdi.Hər bir ailəyə xoşbəxtlik , ruzi-bərəkət, firavanlıq arzu etdi.
Tədbir Dədə Qorqudun və Bahar qızının gəlişi və xeyir duası ilə davam etdi.Daha sonra Novruz bayramı münasibətilə təşkil edilmiş sərgilərə baxış keçirildi.Kosa və Keçəl milli adət-ənənənlərə uyğun olaraq folklor nümunələri,məzəli oyun və tamaşalar göstərdilər.İdmançılar öz məharətlərini nümayiş etdirdilər.Bayram konsert proqramı və rəqslərin nümayişi ilə davam etdi.