Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Birinci Şahsevən kəndi Novruz bayramı ərəfəsində təbii qazla təmin olundu

17 mart 2018 | 16:00

17 mart 2018-ci il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndinə təbii qaz verildi. Kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etdilər.1641 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 172 min 91 metr müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik etdi, ölkəmizdə, o cümlədən Beyləqan rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışdı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 05 mart 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin siyahısında   Əmirzeyidli kəndinin  də olduğunu  və bu sərəncamla Əmirzeyidli kəndinin təbii qazla təmin edilməsindən sonra Beyləqanda qazlaşmanın 100 faiz olacağını qeyd etdi.


Novruz bayramı ərəfəsində Birinci Şahsevən kəndinə təbii qazın verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılandı. Kənd sakinləri yaşayış məntəqəsinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.


Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Keçidlər