“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi.
25 mart 2018-ci il tarixdə Beyləqan rayonu Heydər Əliyev mərkəzində “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aytən Mirzəyeva,Vətəndaşların müraicətləri və sənədlərlə iş şöbəsinin məsləhətçisi Nadir Əliyev,Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova, Heydər Əliyev mərkəzinin müdiri Yeganə Məmmədova ,tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri iştirak etdilər. Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Aytən Mirzəyeva qeyd etdi ki, artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarında iştirak edir.Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Aytən Mirzəyeva bildirdi ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova çıxış edərək,rayonumuzun şagirdlərinin mart ayının 26-29 tarixlərində Qəbələ-Şəki-Zaqatala şəhərlərində olmaqla böyük bir marşurut istiqamətində tur aksiyada iştrak edəcəkləini qeyd etdi və şagirdlərə tur aksiya ilə bağlı tövsiyələrini verdi.Daha sonra tur aksiyada iştirak edəcək şagirdlərin valideynləri layihəyə görə Ölkə başçısına öz təşəkkürlərini bildirdilər.Şagirdlər öz fikirlərini səsləndirdilər. Qrup rəhbərləri səfərin proqramı və təşkilati məsələlərlə bağlı şagirdlərin suallarını cavablandırdılar.