“Ölkəmizi tanıyaq” layihəsi əsasında təşkil edilən tur aksiyasının Beyləqan rayonundan olan iştirakçıları “Qəbələ-Şəki-Zaqatala”marşurutu istiqaməti üzrə yola salındı
26 mart 2018-ci il tarixdə “Ölkəmizi Tanıyaq” tur aksiyasının Beyləqandan olan iştirakçıları Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salındı.Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyeva, Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova ,Tur aksiyada iştirak edən məktəblilər, onları müşayiət edən şəxslər və valideynlər iştrak etdilər.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edildi. Rayonumuzu layiqincə təmsil edəcəklərindən əmin olduğunu söyləyən rayon İcra hakimiyyəti başçısının müavini Aytən Mirzəyeva qeyd etdi ki,tur aksiya dövründə şagirdlər Azərbaycanın tarixi,mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaqla bərabər,dövlətimizin sürətli inkişafını, bölgələrimizin simasının gündən-günə dəyişdiyinin əyani şahidi olacaqlar və bu şagirdlərin yaddaşında xoş izlər buraxacaq.Ölkə prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə həyat keçirilən bu layihə bölgələrimiz arasındakı məsafəni yaxınlaşdırır və bunun sayəsində Azərbaycanın tarixi dövlətçilik ənənələri gələcək nəsillərə çatdırılır.Bunun üçün cənab Prezidentimizə təşəkkür edirik və inanırıq ki, bu aksiya da uğurla nəticələnəcək deyə çıxışına əlavə etdi. Şagirdlər bu aksiyada iştrak etdikləri üçün sevincli olduqlarını vurğuladılar və aksiyanın maarifləndirici əhəmiyyətini qeyd etdilər.Tur aksiyada özlərinə yeni tanışlar, dostlar qazanacaqlarını və bunun sayəsində digər rayonların şagirdləri ilə ünsiyyətdə olmaqla dünyagörüşlərini səyahət etdikləri rayonlarda artıracaqlarını vurğuladılar. Sonda xatirə şəkli çəkdirildi və şagirdlər onlar üçün ayrılmiş xüsusi avtobusla yola salındı.