Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirildi
27 mart 2018-ci il tarixdə Beyləqan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirildi.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev,Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ,nazirliyin əməkdaşları, rayonun idmançıları, ictimaiyyət nümayəndələri ,KİV nümayəndələri iştrak etdilər.Təbdiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev qonaqları salamladı.Bu gün prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü idman ölkəsinə çevrildiyi vurğulayaraq Beynəlxalq səviyyəli idman yarışlarına Azərbaycanın ev sahibliyi etdiyini, ölkəmizi beynəlxalq yarışlarda idmançılarımızın layiqincə təmsil etdiyini və bu gənclər sırasında beyləqanlıların da olduğunu qeyd etdi.Tikintisi başa çatdıqdan sonra bu möhtəşəm Olimpiya İdman Kompleksi beyləqanlıların idmanla məşğulluğunu daha da artıracaq və idmanın inkişafına öz tövhəsini vermiş olacaq.İdmanın inkişafına göstərdiyi diqqətə və dəstəyə görə Beyləqanlılar adından cənab Prezidentimizə təşəkkür etdi.
Gənclər və İdman naziri Azad Rəhimov çıxışında qeyd etdi ki, Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. Prezident İlham Əliyevin Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci il 23 mart tarixli Sərəncamı ilə vəsait ayrılıb. Kompleks Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisində ayrılmış 2,61 hektar torpaq sahəsində tikilir.
Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman, güləş, boks, qrup məşqləri və trenajor zalları, 180 tamaşaçı tribunası və 24x12 ölçüdə üzgüçülük hovuzu olan zal inşa olunacaq.
Bundan əlavə, sayca 45-ci olan kompleksdə 18 standart, 2 VİP otaqlar olmaqla, 40-50 nəfərlik mehmanxana, restoran, mətbəx, internet klub, konfrans zalı, sauna, masaj, həkim, məşqçilər üçün otaqlar və inzibati otaqlar yaradılacaq. Hər bir idman zalı üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulub. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması planlaşdırılıb.
Beyləqan Olimpiya İdman Kompleksinin baş planına əsasən ərazidə 1250 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası, həmçinin enerji təchizatını təmin etmək üçün transformator yarımstansiyası, generator məntəqəsi, istilik qazanxanası və nasosxana binası, içməli və yanğına qarşı ehtiyat su anbarları da inşa ediləcək.
Beyləqanda tikiləcək bu kompleksin tikintisinin ilin sonunadək tamamlanacağını, rayonda idmanın inkişafına müsbət təsir edəcəyini,sağlam gəncliyin formalaşmasında mühüm əhəmiyyət kəsb edəcəyini qeyd etdi. Beyləqanlıları təbrik edərək xoş arzularını çatdırdı.Sonra kompleksin təməli qoyuldu.